BYD əməliyyatının dayandırılması

Nəzarət məqsədi üçün yol nəqliyyat vasitəsi, nəqliyyat vasitələri qatarı və ya konteynerin yük və ona aid olan BYD kitabçası ilə birlikdə təyinat və ya çıxış (aralıq) gömrük orqanına təqdim edilməsi

BYD əməliyyatının başlanğıcı
BYD kitabçasının sahibi
OBASTAN VİKİ
BYD
BYD Co Ltd (İngilis dilindən. Build Your Dreams - "xəyallarınızı qurun") — Avtomobil istehsalı ilə məşğul olan Çin şirkəti. Şirkətin mənzil qərargahı Çinin Şençjen şəhərində yerləşir. Şirkət 1995-ci ildə qurulub. Şirkətin qurucusu Van Çuanfudur. "BYD"nin hal-hazırda 4 istehsal mərkəzi var. Bunlar Şençjen, Sian, Şanxay və Pekin şəhərlərində yerləşir. == Tarixi == 1995-ci ildə qurulan şirkətin işçilərinin sayı ilk illər cəmi 30 nəfər olur. 2003-cu ildə şitkət Şensi əyalətində yerləşən "Qinchuan Avtomobil Şirkəti"ni satın alır. "BYD"-nin bu sövdələşməsindən sonra, "Qinchuan Avtomobil Şirkəti"nin istehsal etdiyi "Flyer" modeli "BYD"-yə miras qalır.
Etimadsızlığın dayandırılması
Etimadsızlığın dayandırılması — əslində qeyri-real və ya qeyri-mümkün olan bir şeyi, məsələn, spekulyativ fantastika əsərini tədqiq edərkən ona zövq naminə inanmaq üçün tənqidi düşüncədən və ya məntiqdən məqsədli şəkildə yayınma. Aristotel ilk növbədə konsepsiyanın ideyasını teatrın prinsipləri ilə əlaqədə tədqiq etmişdir. O, müəyyən etmişdir ki, tamaşaçılar katarsis yaşamaq üçün fantastikanın qeyri-reallığına məhəl qoymurlar. == Tənqidi == Estetik filosoflar ümumi mənzərədə "etimadsızlığın dayandırılması"nın insanların "uydurma" ilə münasibətlərini dəqiq səciyyələndirmədiyini irəli sürürlər. Kendall Valton qeyd etmişdir ki, əgər tamaşaçılar həqiqətən də qorxu filminə inamsızlığı dayandırsalar və onun obrazlarını mütləq fakt kimi qəbul etsələr, onlar real reaksiyalara sahib olacaqlar. Məsələn, tamaşaçılar təhlükə altında olan personaja "arxana bax!" deyə qışqıra, ekranda baş verən qətl hadisəsinin şahidi olduqlarından polisə zəng edə bilərlər.